Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Türkiyənin PKK əməliyyatlarının fantastik xərci

Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı Şimali İraqda həyata keçirdiyi hava əməliyyatlarının xərci olduqca fantastik görünür.

Bombardmanlarda iştirak edən F-16 qırıcılarının bir saatlıq uçuş xərci 25 min dollar təşkil edir.

Qırıcıların hərbi sursatla xərci isə 65 min dollardır. Bir F-16-nın 1 saatlıq bombardman xərci isə təxminən 90 min dollardır.

2007-ci ilin dekabrında Şimali İraqda keçirilən 4 saatlıq əməliyyatın xərcinin 20 milyon dollar olduğu açıqlanmışdı. Türkiyə Silahlı Qüvvələri bu əməliyyatda PKK düşərgələrini ümumilikdə 52 F-16 və F-4 təyyarəsi, eyni zamanda topçu bölüyü ilə bombardman etmişdi. Dörd saatlıq əməliyyatda yanacağa 5, bombalara 13, toplara isə 2 milyon dollar xərclənmişdi.
568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı