Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Ayətullah Seyyid Əli Xamenei İraqın baş nazirini qəbul edib

Ali Dini Lider Ayətullahul-üzma Seyyid Əli Xamenei İranda rəsmi səfərdə olan İraqın baş nazirini qəbul edib, - “PressTV”.

Ayətullah Seyyid Əli Xamenei Nuri Malikini qəbulu zamanı İran və İraq münasibətlərinin iqtisadi və siyasi nəzərdən genişləndirilməsinin önəminə işarə edib. “Müxtəlif sektorlarda gün-gündən artan əməkdaşlıqların cəhətləri çox genişdir və İraqla münasibətlərin gücləndirilməsi və regional münasibətlərin genişləndirilməsində heç bir maneə yoxdur. Son illər İranda elmi inkişaf səviyyəsi yuxarı həddə olub və İraqa elmi təcrübələrin ötürülməsi iki ölkə münasibətlərinin mühüm zəminlərindən biridir”, - deyə ali dini lider bildirib.

Ali Dini Lider həmçinin İraq prezidenti Cəlal Talibanini İİR-nın səmimi və yaxşı dostu kimi yad edərək ona can sağlığı arzulayıb./deyerler/
1603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber