Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Özünü yadplanetli sayan amerikalı küçədə atəş açmağa başladı

Amerika Birləşmiş Ştatlarında növbəti silahlı insident. Bu dəfə hadisə Viskonstin ştatında qeydə alınıb. Polis küçə fənərlərinə atəş açan silahlını yaxalayıb.

Fox6 xəbər verir ki, saxlanılan şəxs “bəşəriyyəti yad planetlilərdən xilas etmək” niyyəti ilə bunu etdiyini deyib.

Polisin bildirdiyinə görə, silahlı səhər vaxtlarından küçə fənərlərini hədəf alıb. Saxlanılan vaxt 36 yaşlı silahlı şəxs etiraf edib ki, o özü yadplanetlidir və planetimizi xarici təhdidlərdən qorumaq istəyir.

Şübhəlinin saxlanılmasında iştrak edən Kevin Şvarts adlı polis bildirir ki, özünü yadplanetli hesab edən şübhəli həm də çox pis atıcı imiş. O nişan aldığı heç bir fənəri vura bilməyib, ancaq mənasız hərəkəti ilə yaxınlıqda yaşayanları qorxuda bilib.

Hazırda silahlı şəxs nəzarətə alınıb və insanların təhlükəsizliyinə təhlükə törətməkdə və qanunsuz odlu silah gəzdirməkdə ittiham olunur.


ABŞ-da hər il onlarla insan küçə atışmalarının qurbanı olur

Qeyd edək ki, ABŞ-da silah əldə etmək çox asandır. Hər il ölkədə silahdan məsuliyyətsiz istifadə nəticəsində onlarla insan, əsasən də uşaqlar həlak olur.

Silah əldə etmək və saxlamaq asan olduğu üçün bu ölkədə silahlı basqınların da sayı kifayət qədər çoxdur. Belə ki, bir neçə həftə öncə ABŞ-da hərbi obyektə hücum 4 nəfərin ölümü ilə nəticələnib.

Ötən həftə isə kinoteatra silahlı basqın olub. Seans zamanı izləyiciləri güllələyən naməlum şəxs 3 nəfərin ölümünə səbəb olub.

Bundan başqa müxtəlif zamanlarda ABŞ-da məktəbə,
xəstəxanaya, kollecə basqınlar olub./ans/
579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber