Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Mina partladı, bir əsgər öldü

Türkiyədə gərginlik səngimir. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu gün daha bir qara xəbər yayılıb.

Qarsda mina partlayışı bir həbçinin ölümünə səbəb olub. PKK terrorçularının maşın yardırmasından sonra şəhərə gələn yollardan biri bağlanıb. Hərbçi də məhz bu yolda aparılan təmizləmə işləri zamanı minaya basıb.
Güclü partayış bir nəfərin ölümü ilə nəticələnib.

Hadisə Kağızman - Karakurt magistralında baş verib. Bu yol PKK terrorçuları tərəfindən son 10 gündə iki dəfə kəsilib.
Son baş verən hadisələrdən sonra jandarma qüvvələri yolu bağlayıblar. Alternativ yol kimi isə başqa bir istiqamət açılıb.

Ümumiyyətlə son iki gündə Türkiyədə terror hücumları nəticəsində 5-hərbçi şəhid olub.
Türkiyədə iyul ayının 20-də Şanlıurfanın Suruc rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar keçiriblər.

Türk Hava Qüvvələrinə məxsus qırıcılar terrorçuları bombalayıblar. Genişmiqyaslı əməliyyatlardan sonra ölən hərbçi və polis sayı 10-u keçib./ans/
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30