Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Suriya ordusu təkcə Dəraa və Hələb şəhərlərində 125-dən artıq terrorçunu məhv etdi

Suriya silahlı qüvvələri ölkənin cənub-qərbindəki Dəraa şəhəri və şimaldakı Hələb şəhərində təkfirçi terrorçularla qarşıdurmalarda 125-dən artıq terrorçunu öldürüblər.

PressTV-nin verdiyi xəbərə görə, Suriya ordusunun Daraa şəhərində və ətraf rayonlarında Əl-Qaidənin Suriyadakı qolu Nusra Cəbhəsi terror təşkilatına qarşı keçirdiyi əməliyyatda 100-dən artqı terrorçunu öldürüb.

Suriyanın rəsmi dövlət xəbər agentliyi SANA-nın verdiyi xəbərə görə, əməliyyatda, həmçinin terrorçuların silah anbarlarına və digər hərbi texnikalarına ağır zərbələr endirilib.

Xəbərə görə, ordu birləşmələri Dəraa şəhərinin şimal-şərqdə yerləşən Təlli Əş-Şeyx Hüseyn rayonunda terrorçuları daha ağır itkilərə məruz qoyub.

Suriya qoşunları, həmçinin Dəraa şəhərindən şimalda yerləşən İbtaa şəhərdə təkfirçi terrorçuların avtomobil karvanını hədəfə alaraq, terrorçuların pulemyotlarla quraşdırılmış avtomobillərini və digər texnikanı məhv ediblər./deyerler/
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21