Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Şəki cəbhəçiləri qiymət artımına etiraz aksiyası keçirəcək

Benzinin qiymətinin qalxması ölkədə ciddi narazılığa səbəb olub və bu hal əhalinin yaşam şəraitinin pisləşdirilməsi kimi qiymətləndirilib.
Benzinin qiymətinin qalxmasına etiraz olaraq Şəki cəbhəçiləri də rayon icra hakimiyyətinə mitinq keçirmək məqsədilə müraciət ünvanlayıb. AXCP Şəki rayon şöbəsinin sədri Əli Abdullayev “Azadlıq”a açıqlamsında bildirdi ki, partiyanın Şəki rayon şöbəsinin ali məclisi bu barədə qərar qəbul edib və kütləvi narazılıq bu addımı atmağı zəruri edib: “ Biz Tarif Şurasının benzinin qiymətinin qaldırılması ilə bağlı qərarına etiraz edirik və bu gün Şəki rayon icra Hakimiyyətinə rəsmi müraciət etmişik. Müraciətdə dekabrın 14-ü saat 16:00 –da istənilən yerdə etiraz aksiyası keçirmək üçün bizə imkan yaradılmasını bildirmişik. Hesab edirik ki, bizim müraciətimizə mənfi cavab verilməsi üçün heç bir əsas yoxdur və bu müraciətdə ictimai rəy nəzərə alınmalıdır”./azadlıq/
1753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı