Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2015

Bəşşar Əsəd Suriya dövlət qoşunlarının yaranmasının ildönümünü təbrik edib!

Nur-az.com mashregnews.ir-a istinadən:
Suriya prezidenti cənab Bəşşar Əsəd ölkənin ordu və silahlı qüvvələrinin təşkil edilməsinin yetmiş illik ildönümünü təbrik edərək bildirib ki, xalqımızın qeyrətli oğullarını özündə təmsil edən qoşunlarımız indiyədək qırmızı qanları ilə ölkəmizin taleyində pozulmayan izlər qoyub. Siz ey vətənin keşiyində duran igidlərimiz, dörd il qabaq başladığınız bu mübarizədə bütün dünyaya elan etdiniz ki, ölkəmizin ərazilərinin, xalqımızın izzət və şərəfinin müdafiəsində duran yenilməz qala kimi möhkəmsiniz! Sizin müharibə meydanlarında göstərdiyiniz müqavimət nümunələrində nə yorğunluq, nə də məğlubiyyət müşahidə olunmayıb və daim qüvvət və iqtidarınız artmaqdadır. Bu qeyrət və fədakarlıq nümunələrinin sayı-hesabı yoxdur. Bunlar bir daha bizim tariximizdə mərdlik, qəhrəmanlıq nümunələrini inikas edir. Bu əsnada tam məhəbbət və vətənpərvərliklə öz gözünün nurlarını vətən yolunda qurban edən analara dərin minnətdarlığımı bildirir və bu yolda səbir və canfəşanlığın yüksək tablolarını yaradan anaları salamlayıram.
721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi