Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2015

Torpağı onların ayaqları altında tonqala çevirəcəyik!

Nur-az.com shia-news.com-a istinadən:
Həmasın hərbi qüvvələrindən ibarət İzzəddin Qəssam batalyonları ciddi xəbərdarlıqla bildiriblər ki, Fələstinin işğal olunmuş ərazilərində salınan qəsəbə sakinləri tərəfindən törədilən son cinayətləri, məxsusən, südəmər körpənin diri-diri yandırılmasını heç vaxt cavabsız qoymayacaqlar. Batalyonlar üzrə məsul katib cənab Əbu Ubeydə bu cinayətlərdə sionist rejimin məsuliyyət daşıdığını qeyd edərək vurğulayıb ki, millət və müqavimət heç vaxt onun üzərindən sükutla ötməyəcək və hökmən həmin körpəni yandıranın ayaqları altında torpağı alovlandıracaqlar.
Hadisə üzrə dünən cümə günü sübh tezdən sionist qəsəbə sakinləri tərəfindən Nablos ətrafı Duma kəndində bir fələstinlinin evinin yandırılması nəticəsində bir körpə uşaq yanaraq dünyasını dəyişib və ailənin digər dörd üzvü isə yanğın nəticəsində ciddi bədən xəsarətinə məruz qalıb.
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber