Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2015

“Taliban”ın yeni lideri and içdi

“Taliban” hərəkatının yeni lideri Molla Əhtar Məhəmməd Mənsur silahdaşlarını birliyə çağıraraq çoxillik mübarizəni davam edəcəyinə and içib. “Assoşieyted Press”in verdiyi xəbərə görə, bu barədə onun avqustun 1-də yayılmış audio müraciətində bildirilir.

“Biz birliyimizi qoruyub saxlamalıyıq, biz bir olmalıyıq, biz parçalansaq düşmən buna sevinəcək. Bizim üzərimizə böyük məsuliyyət qoyulub. Bu bir, iki və ya üç nəfərin işi deyil. İslam dövləti elan edilənədək biz cihadın davam etdirilməsinə görə məsuliyyət daşıyırıq”, deyə o bildirib.

Müraciətdə Əfqanıstan hökuməti ilə sülh danışıqlarının aparılmasının mümkünlüyü ifadə olunub./lentaz/
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45