Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2015

Türkiyədə yenə də hərbçi öldü

Türkiyə Mardin vilayəti Midyat rayonunun Gəlinkaya bölgəsində baş vermiş növbəti terror aktında ölən və yaralananlar olub. Gəlinkaya bölgəsindəki neft boru kəməri terrorçuların hücumuna məruz qalıb. Hadisə yerinə hərbçilər cəlb olunub və bu vaxt mina partlayıb. Partlayış zamanı bir əsgər şəhid olub və tərəflər arasında başlayan atışmada 8 əsgər yaralanıb. Yaralılar Midyat dövlət xəstəxanasına çatdırılıb.

Ötən gün Türkiyədə Kağızman – Karakurt magistralında minaya düşən əsgər şəhid olmuşdu.

Bundan sonar isə Qars vilayətində minaya düşən jandarm çavuşu dünyasını dəyişib.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb./ans/
671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP