Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Washington Times Hacı İlqar İbrahimoğlunun təkzibini dərc etdi

Xəbər verildiyi kimi, tanınmış və nüfuzlu mətbu orqanı olanWashington Times-da Aaron Kovac adlı müəllif Suriya ilə bağlı yazısında Hacı İlqar İbrahimoğluna istinadla müəyyən fikirlər getmişdi. Lakin, Hacı İlqar İbrahimoğlu həmin yazının müəllifinə müsahibə verməmişdi və həmin fikirləri səsləndirməmişdi. Dərc edilən materialda, digər bir yazıya da istinad edilirdi ki, nə vaxtsa verilən müsahibənin, müəllifin istədiyi rakursda təqdimatının tərcüməsi idi.

Bununla bağlı Hacı İlqar İbrahimoğlu Washington Times-a təkzib verməklə bağlı müraciət etmişdir. Müraciətdə deyilirdi:

“Hörmətli müəllif və hörmətli redaksiya!

Sizi salamlayır və nəzərinizə çatdırırq ki, sizin mətbu orqanda gedən materialda bizə istinadən müəyyən fikirlər yer almışdır.

Bununla bağlı zəruri bildik nəzərinizə çatdıraq ki, fikirlərimiz dəqiq verilməyib və mövqeyimizi ümumən əks etdirmir. Bizim mövqe belədir ki, bəli, Əsəd - avtoritar rejimin rəhbəridir, amma müxalifət qətiyyən kütləvi şüura yeridilmək istənildiyi kimi deyil. Suriyada normal dəyişiklik istəyənlər də var, amma onlar - azlıqdadır. Əksəriyyət - silahli qruplaşmalardır və mahiyyətcə, mövcud rejimdən daha da reqress və destruktiv mahiyyətlidir. Yəni müxalifətin əsas hissəsi - xarici qüvvələr tərəfindən, ələlxüsus da İsrail rejimi tərəfindən dəstəklənən, ərəb diktaturaları tərəfindən maliyyələşdirilən radikal qruplaşmalardır. Bizim mövqeyimiz belədir ki, Suriyada hazırda demokratik dəyişiklik uğrunda proses demək olar ki, yoxdur, xaosa və ölkəni parçalamağa, radikal qüvvələri iqtidara gətirməyə, "Taliban" modelini təkrarlamağa yönəli sürəc var. Təbii ki, biz bundan narahatıq və görmək istədiyimiz - xalqın sərbəst iradə ifadəsinin təminini ehtiva edən bir demokratik prosesdir. Və demokratiya uğrunda hərəkat imitasiyası ilə, sistemli dezinformasiya siyasəti yürütməklə, yaraqlıların həqiqi məramlarının gizlədilməsi ilə "Taliban" mahiyyətli qüvvələrin hakimiyyətə gətirilməsi cəhdlərini pisləyirik.
Onu da qeyd edək ki, bu, bizim Suriya böhranının gedişatı boyu dəyişməyən mövqeyimizdir və hər hansı KİV ilə ünsiyyətdə  məhz bu baxışlarımızı və qiymətləndirmələrimizi çatdırmışıq. Və müvafiq olaraq, adımızdan verilən bundan fərqli hər hansı iddialar həqiqəti əks etdirmir.
Mövqeyimizin əks etdirilməsi hüququna istinad edərək, bu yazıya yer ayırmağı rica edirik.

Hacı İlqar İbrahimoğlu”.

Washington Times-ın Hacı İlqar İbrahimoğluya göndərdiyi cavab məktubunda bildirilir ki, təkzib həmin materialın bilavasitə altında verilmişdir.

Bunu şərh edən Hacı İlqar İbrahimoğlu bildirmişdir ki, ABŞ qəzetinin təkzibi dərc etməsini müsbət dəyərləndirir: “Təkzib operativ və yüksək standartlara uyğun – bilavasitə materialın altindan verilib. Bunu müsbət dəyərləndirir və baş verənləri – səsləndirmədiyimiz fikirlərin adımızdan verilməsini anlaşılmazlıq kimi qiymətləndiririk. Hesab edirik ki, Washington Times jurnalistik etikanın standartlarına tam cavab verən bir addım atdı”.


Washington Times Hacı İlqar İbrahimoğlunun təkzibini dərc etdi
Washington Times Hacı İlqar İbrahimoğlunun təkzibini dərc etdi

1755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı