Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2015

Polis bölməsinin yanında partlayıcı maddələrlə dolu traktor partladı

Türkiyədə bir gecədə iki terror aktı törədilib. Mardin vilayətindən sonra Ağrı vilayətində polis bölməsinin yaxınlığında partlayış baş verib.

Partlayış nəticəsində 2 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.

Qeyd olunur ki, posil bölməsinin yaxınlığında 2 tona yaxın partlayıcı maddələrlə dolu olan traktor partlayıb. Hadisə yerli vaxtla 03:00-da baş verib.

Türkiyə bu gecə Mardin vilayəti Midyat rayonunun Gəlinkaya bölgəsində də terror hadisəsi törədilib. Baş vermiş növbəti terror aktında ölən və yaralananlar olub. Gəlinkaya bölgəsindəki neft boru kəməri terrorçuların hücumuna məruz qalıb. Hadisə yerinə hərbçilər cəlb olunub və bu vaxt mina partlayıb. Partlayış zamanı bir əsgər şəhid olub və tərəflər arasında başlayan atışmada 8 əsgər yaralanıb. Yaralılar Midyat dövlət xəstəxanasına çatdırılıb./ans/
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53