Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Ukraynada azərbaycanlı diaspor sədrinin maşını yandırıldı

Ukraynada Azərbaycan diasporunun nümayəndəsinin maşını yandırılıb. Bu barədə məlumatı ans-ə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Hikmət Cavadov özü verib. Onun sözlərinə görə, ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər avtomobilinə od vurublar. Yanğını vaxtında söndürməklə partlayışın qarşısını almaq mümkün olub. Yanğın söndürüldükdən sonra məlum olub ki, avtomobilin üst, ön və arxa hissəsinə, şüşələrinə benzin tökülüb.
Yanğın Hikmət Cavadova məxsus "Köhnə Bakı" restoranın avtomobil dayanacağında törədilib. Konqres sədri hadisənin ancaq tutduğu vəzifə ilə əlaqədar ola biləcəyini deyib. Belə ki, o, bir il bundan əvvəl uzun sürən mübarizə nəticəsində diaspor rəhbəri vəzifəsinə seçilib və bu müddət ərzində təşkilatda çox dəyişikliklər edib. Şəxsi biznesi ilə bağlı isə heç kimlə ədavəti olmayıb.
Qeyd edək ki, Hikmət Cavadov Ukraynanın Milli Elmlər Akademiyasının “Dövlət və hüquq” institutunun elmi işçisi, hüquq elmləri namizədidir.
Fakta əsasən Ukrayna DİN-də cinayət işi açılıb, əməliyyat qrupu yaradılıb.

1721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber