Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

Bakıda ağır qəza: maşın yandı, sürücü öldü

Bakının Sabunçu rayonunda sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. FHN mətbuat mərkəzinin verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda bir neçə avtomobilin toqquşması yanğınla nəticələnən yol-nəqliyyat qəzasına səbəb olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində “Zaparoje” markalı avtomobil deformasiyaya uğrayıb və yanıb. Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində vəfat edib. Xilasedicilər A.Hüseynovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:49-da başa çatıb./ans/
1007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı