Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

Məhkəmədə Arif Yunusun halı pisləşdi

Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi başlayıb.

Məhkəmə zalına yalnız ABŞ, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndələri buraxılıb.

Daha sonra içəri keçə bilmiş jurnalistlər də zaldan çıxarılıb.

Müxbirimizin verdiyi xəbərə görə, Arif Yunusun vəziyyəti məhkəmədə qəfildən pisləşib, qan təzyiqi 220-yə yüksəlib.

Məhkəməyə gələn həkimlər ona iynələr vurublar, vəziyyəti yaxşı deyil.

Bu haqda onlara məhkəmə zalından çıxan vəkil Əfqan Məmmədov məlumat verib.

Vəkilin dediyinə görə, Arif Yunus onu müalicə edən həkimləri istəyir, hələ ona heç bir cavab verilməyib. Xatırladaq ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus şərlənərək dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub./virtualaz/
691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz