Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

Bir gündə 3 nəfər suda boğuldu

Neftçala rayon sakini Elvin Hüseynli dənizdə çimərkən boğulub.

Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə avqustun 1-də Neftçala rayonunun Şirvanlı kəndinin ərazisində baş verib. Onun meyiti sudan çıxarılıb.

Digər boğulma hadisəsi isə Şamaxı rayonunun Nağaraxana kəndində qeydə alınıb. Bakı şəhər sakini Şamil Məmmədov avqustun 1-də kəndin ərazisindəki göldə çimərkən boğulub.

Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Füzuli rayon sakini Saleh Sadıqov çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
1131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber