Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

Şəhid ailəsinin fəryadı - VİDEO

Türkiyədə gərginlik bitmək bilmir

Şəhid xəbərlərindən biri də Qarsdan gəlib. PKK tərəfindən basdırılmış minaya düşən 35 yaşlı zabit, Əli Gökçə şəhid olub. Acı xəbər şəhidin ailəsinin yaşadığı Osmaniyəyə çatıb. "Arıqlar" məhəlləsində yaşayan 65 yaşlı Mehmet Gökçə ilə 62 yaşlı həyat yoldaşı Fadimə Gökçənin evlərinin önünə saat 18.30 radələrində 2 ambulans gəlib. Son hadisələrdən narahat olan ana və ata, ambulansdan düşən jandarma komandiri Bülent Keskinsoyu görüncə göz yaşlarına boğulublar.

2 uşaq atası olan 35 yaşlı Əlinin evinə Türk bayraqları asılıb, cənazə mərasimi üçün hazırlıqlar başlayıb.


941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber