Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

Ərəbistan təhlükəsizlik qüvvələrinə qarşı yeni terror növü

Nur-az.com mashregnews.ir-a istinadən:
“Mecca online” portalının verdiyi məlumata görə, ötən bazar günü naməlum silahlı fərdlər neçə əməliyyatda Ərəbistanın təhlükəsizlik qüvvələrinin əleyhinə yeni bir üsuldan istifadə ediblər. Xəbərdə qeyd edilir ki, onlar müəyyən bir avtomobili sərnişinsiz hərəkətə gətirməklə bu qüvvələrin diqqətini özünə cəlb etdiyi və vəziyyəti araşdırdıqları zaman başqa bir maşın və ya motosikletlə qəfil hücuma keçərək onlara atəş açırlarmış. Ötən həftə Qətif şəhərində həmin qüvvələrin üzvlərindən Sami əl-Hərbi də, elə bu üsulla qətlə yetirilibmiş. Hadisə üzrə o, şübhəli görünən maşını yoxlamaq istədiyi zaman digər avtomobildən açılan atəş nəticəsində canını əldən verib. Əl-Şərqiyyə vilayətinin polis müfəttişliyi bu əməliyyatda ittiham olunan iki nəfərin həbsi haqda məlumat yayıb.
724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:56