Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

Netanyahu: Nüvə razılığı İsraili boğur

Nur-az.com shia-news.com-a istinadən:
Sionist rejimin qondarma baş naziri mətbuat konfransında bildirib ki, bundan sonra İsrail Vyanada əldə edilən nüvə razılığına qarşı təzyiqlərini daha da, artıracaq. Razılığın maddələri haqda nə qədər qaranlıq məsələlər aydın olduqca, təzyiqlərimiz də, bir o qədər çoxalacaq. Nüvə razılığı həqiqətən İsraili boğur! Kaş, heç bir razılıq belə baş tutmayaydı! İran sanksiyaların ləğvindən sonra nüvə sahəsində daha artıq şərait və imkanlar əldə edəcək. Hətta mümkündür, atom silahlarının istehsalına belə başlasın və az bir müddətdə böyük müvəffəqiyyətlər kəsb etsin!
İyulun 14-də İranla 5+1 arasındakı razılıqlara əsasən, İranın nüvə enerjisi istehsalındakı fəaliyyətləri tam sülh məramlı olub, ölkənin inkişaf prosesi üzrə təbabət, əkinçilik, eləcə də, atom elektrik stansiyasının yanacağının təmini və digər sənaye sahələrini əhatə edir. Bütün bunlara rəğmən, müzakirələr başlanan zamandan sionist rejimin baş naziri daim bu münasibətlərə öz bədbinliyini elan edib və son günlərdə Rusiyanın prezidenti ilə telefon danışıqlarında da, bu məsələni xatırladıb. Həmişə olduğu kimi, yenə də, cənab Putin İranla əldə edilən razılıqları müsbət qarşılayıb.
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12