Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

İki kilsə eyni anda partladıldı

ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən iki kilsədə partlayış baş verib. Bu barədə ABC News telekanalı məlumat yayıb.

Las Kruses şəhərinin polis departamentinin verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bundan əlavə polis nümayəndəsi partlayışları "nisbətən əhəmiyyətsiz" adlandırıb.

Birinci partlayış səhər saatlarında baptist kilsəsinin qarşısında törədilib. Cinayətkarlar partlayıcı maddəni binanın yanındakı poçt qutusunda gizlədib. Daha sonra Qızıl Xaç katolik kilsəsinin yanında partlayış baş verib. Bu dəfə partlayıcı maddə zibil konteynerinin içərisində quraşdırılıb.

Hadisədən dərhal sonra kilsələrdə olan bütün insanlar təxliyyə edilib. Hal-hazırda hüquq mühafizə orqanları partlayışların səbəbini araşdırır. Cinayətin təşkilatçılarının axtarışlarına başlanılıb.

2015-ci ilin iyun ayında 21 yaşlı Dilan Ruf ABŞ-ın Cənubi Karolina Ştatının Çalston şəhərindəki Afrika Metodist Yepiskop kilsəsində atəş açıb. Hadisə nəticəsində 9 nəfər qətlə yetirilib./ans/
735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı