Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

Hindistanda daşqınlar: 160 ölü

Hindistanın bir neçə ştatında baş vermiş daşqınlar nəticəsində 160-a yaxın insan həlak olub.

"Report"un verdiyi xəbər görə, bu haqda "Hindustan Times" qəzeti yazır.Yağış mövsümündə Qucarat ştatında baş vermiş daşqın nəticəsində 53 nəfər həlak olub, Qərbi Benqaliyada isə 48 nəfər qurban qeydə alınıb.Ötən həftə ərzində Racastan ştatında 28, Manipurda isə 23 nəfər daşqınlar nəticəsində həyatını itirib.Orissa ştatında 5 nəfərin öldüyü bildirilir.

Qəzetin yazdığına görə, ölkə rəhbərliyi qurbanların sayının artacağını istisna etmir. Buna səbəb isə itkin düşənlər haqda məlumatın olmasıdır.

Xəbərdə kənd təsərrüfatı sahələrinin yararsız hala düşməsi və bir çox binaların sıradan çıxması haqda da bildirilir.
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP