Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

Ermənilər Qarabağa "Kub" zenit-raket kompleksi yerləşdiriblər

Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə “Kub” (NATO kodu SA-6 Gainful) zenit-raket kompleksi yerləşdirməsini təsdiqləyən görüntülər üzə çıxıb.

“AzeriDefence” xəbəri verir ki, ermənilərin yayımladıqları görüntülər 2014-cü ilin sentyabr ayında çəkilib.

Videodan göründüyü kimi, “Kub” ZRK Dağlıq Qarabağ ərazisində deyil, ətraf rayonlardan birinin ərazisində yerləşib. Arxa fonda azərbaycanlılara məxsus yaşayış məntəqəsinin dağılmış evləri görünür.

Görüntülərdən aydınlaşır ki,Qarabağda bir neçə ədəd “Kub” ZRK mövcuddur. Əvvəlki illərdə işğal altındakı Azərbaycan ərazilərində adıçəkilən ZRK-nin varlığına dair informasiya olmayıb.

“AzeriDefence”nin Azərbaycan HHM sistemində çalışmış zabitlərdən əldə etdiyi məlumata görə, Ermənistan HHMQ-nın silahlanmasında bir “Kub” batareyası mövcuddur. Ötən ilin avqust ayında Azərbaycan hərbi aviasiyası işğal altındakı ərazilər üzərində uçuşlar həyata keçirəndən sonra erməni tərəfi bir neçə “Kub” ZRK-ni Ermənistandan Qarabağa göndərib.

Qeyd edək ki, “Kub” ZRK 1967-1983-cü illərdə istehsal olunub və 9 modifikasiyası mövcuddur. Raketin mənzili 24 km, hündürlük üzrə mənzili 12 km təşkil edir. Hər bir “Kub” buraxıcı maşını üzərində 3 raket yerləşir.
775 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:24