Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

PKK hərbi xəstəxanaya hücum edib

Hər gün terrora məruz qalan, hər gün şəhid xəbərləri gələn Türkiyədə bu gün də istisna deyil. PKK bu dəfə hərbi xəstəxananı hədəfə aldı.

Bitlis vilayətinin Tatvan rayonunda yerləşən xəstəxana iriçaplı silahlarla atəşə tutulub. Təhlükəsizlik qüvvələrinin cavab atəşindən sonra terrorçular ərazidən uzaqlaşıb. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Ötən günsə, PKK terror təşkilatı Ağrı vilayətinin Doğubəyazit rayonunda polis binasına iki ton partlayıcı maddələrlə yüklənmiş traktorla hücum təşkil etmişdi. Nəticədə üç hərbçi şəhid olmuş, otuza yaxın adam yaralanmışdı.

Törədilən terror hadisələri və buna qarşı keçirilən əməliyyatlarla bağlı Türkiyədə bir sıra ərazilər müvəqqəti olaraq “hərbi təhlükəsizlik bölgəsi” elan olunub. Bununla bağlı Ağrı, Şırnak, Tuncəli valilikləri xüsusi açıqlama yayıb.

Ağrı valiliyi mülki şəxslərin zərər görməməsi üçün həmin ərazinin 15 günlük “hərbi təhlükəsizlik bölgəsi” elan edildiyini açıqlayıb.

Şırnakda 9, Tuncelidə isə 14 bölgədə eyni vəziyyət tətbiq olunub.

Bu arada “İŞİD” yenidən Türkiyəni təhdid edib. Türkiyə kəşfiyyat idarəsinin yaydığı məlumata görə, Suriya ərazisində “İŞİD” döyüşçülərinə qarşı aparılan hərbi əməliyyata cavab olaraq, terror təşkilatı Türkiyədə hərbi obyektləri və ticarət mərkəzlərini hədəfə alacağı ilə hədələyib./ans/
779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı