Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Ölkəmiz qız uşaqlarının abortuna görə dünyada ikincidir

“Azərbaycanda 2012-ci ildə qadınlara qarşı 5478 cinayət hadisəsi törədilib. 2011-ci ildə isə bu hadisələrin sayı 6705 olub”.

Bunu qadınlara qarşı zorakılıq məsələləri üzrə BMT-nin xüsusi məruzəçisi Rəşidə Mancu (Rashida Manjoo) Azərbaycana 10 günlük səfərinin yekunlarına dair hazırladığı hesabatında bildirib.

BMT-nin Bakı ofisindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, hesabatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatları yer alıb: “2011-ci ildə 87, 2012-ci ildə isə 105 qadın intihar edib. Lakin bu hadisələrlə bağlı izahat verilməyib”.

Məruzəçi qadınların gender səbəbindən öldürülməsinə faktlarından narahat olduğunu deyib: “Qadının öldürülməsi ən kəskin zorakılıq halıdır. Bu, dövlət qurumları tərəfindən zorakılığın digər hallarına qarşı mübarizə aparılmadığına görə qabaqlayıcı tədbirlərin və müdafiə mexanizmlərinin yoxluğuna işarədir. Kommersiya, cinsi istismar və məcburi əmək məqsədilə qadınların alver obyektinə çevrilməsi halları da narahatlıq doğuran məsələlərdən biridir. 2012-ci ildə qadın alveri ilə bağlı 89 hadisə aşkar edilib. Əsasən cənub bölgəsinə xas olan erkən, məcburi və qeyri-rəsmi evliliklərin sayının artması da narahatlıq doğurur. 2013-cü ildə 5000-dən çox qız uşağı erkən evliliklərin qurbanı olub. Erkən evliliklərin hər bir fərd üçün müxtəlif səviyyələrdə, o cümlədən fiziki və mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcə də qızların reproduktiv sağlamlıq baxımından ciddi ziyanları vardır. Cinsi qısnama və cinsi zorakılıq qadınlara qarşı törədilən və həllini tapmalı olan zorakılıq hallarının digər nümunəsidir. Müəyyən məsələlər cəmiyyətdə qadağa hesab edilir və bu cür problemlərin inkar edilməsi belə qadağalarla izah edilə bilər. Cinsə görə uşaqların abort edilməsi hallarının sayı artıb və bu da cəmiyyətdə qadınlara, qız uşaqlarına verilən patriarxal dəyərin təzahürüdür. Azərbaycan cinsə görə abort hallarının üstünlük təşkil etdiyi dünya ölkələri arasında ikinci yeri tutur.

Təəssüf ki, mən dövlət qurumlarından bu cür araşdırmaları təsdiq edəcək statistik məlumatları əldə edə bilmədim. Missiyam zamanı Sumqayıtda və Qaradağda yerləşən məcburi köçkün düşərgələrinə baş çəkdim. Mən məcburi köçkün icmalarının, xüsusilə də qadınların və qızların zəif və məhdud vəziyyətləri, həmçinin onların hazırki həyat şəraitlərindəki çətinlikləri ilə bağlı CEDAW Komitəsinin narahatçılığını bölüşürəm. Azərbaycan hökuməti təhsil, məşğulluq, tibbi xidmət, psixoloji yardım və mənzillə təminat sahələrində lazımi cəhdlər göstərir. Bu cəhdlərə baxmayaraq mən düşərgələrdə, yataqxanalarda və mehmanxana binalarında yaşayanların əziyyətlərini, adamı kədərləndirən hallarını gördüm”.
1864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı