Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

Ayaqüstdə əldə telefon tutmaq bədənə 27 kq-lıq təzyiqdir

Son 10 ildə texnologiya inanılmaz dərəcədə dəyişib, ancaq bizim bioloji təkamülümüz bu inkişafdan geri qalır.
Hələ bir müddət əvvəl sensor ekranlı və video əlaqəli telefonlar fantastika kimi görünsə də, hazırda bu heç kimi təəccübləndirmir.
Bu mükəmməldir, lakin bu texnologiyaların gətirdiyi vərdişlər sağlamlığımıza köklü şəkildə təsir edir və təbii ki, müsbət istiqamətdə deyil...
Bilirsinizmi ki, ayaqüstdə dayanaraq bir əlinizdə telefon tutduqda bədəniniz sanki boynunuzda 6 yaşlı uşağı saxlayırmışsınız kimi ağırlıq hiss edir?
Siz supermarketdə növbədə dayandıqda Facebook səhifənizə göz gəzdirərkən və ya WhatsApp-da kiməsə mesaj göndərərkən bədəninizə düşən təzyiq analoji olaraq 27 kq-a bərabər olur.
Nyu-Yorkda tibbi reabilitasiya klinikasının onurğa sütunu bölməsinin həkimi Kernet Hansraj başınızı əyərək mobil telefona baxdığınız zaman bədəninizdə nələr baş verdiyinin virtual modelini hazırlayıb.
Boynunuzu biraz qabağa verərək başınızı aşağı əydiyiniz zaman boyun fəqərələrinə elə dərəcədə təzyiq edirsiniz ki, bunu ağlınıza belə gətirə bilməzsiniz. Əgər bu halda 2-4 saat qalırsınızsa, deməli, həyəcan təbili çalmağın vaxtıdır.
Hansraj “Surgical Technology International” jurnalında dərc olunan məqaləsində qeyd edir ki, düzgün qamət qulaqların çiyinlərlə eyni zolaqda olduğu duruşdur. Bu vəziyyət stress dərəcəsini azaldır və kortizol səviyyəsini aşağı salır. Bu səbəbdən də qeyri-düzgün duruş forması bədənin vaxtından əvvəl sıradan çıxmasına və amortizasiyasına (dəyərlərini itirməsinə) yol açmaqla yanaşı eyni zamanda xroniki depressiya və halsızlığın mümkün səbəblərindən biridir.
Həll yolu
Bu problemin yaranmasının qarşısını almaq üçün telefonu düz qarşınızda, gözlərinizin səviyyəsində saxlayın. Başınızı əyməyin. Mətnin yazılması zaman planşeti 30 dərəcə bucaq altında tutmağa çalışın, elə ki, onun küncü biləklərinizi qorusun. Boyun çiyinlərlə eyni səviyyədə qalmalıdır./Saglamolun/
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı