Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2015

Az su içirsiniz?.. Bədəndə suyun çatışmadığını göstərən 10 əlamət

Normal fəaliyyət göstərən orqanizm suyun qəbulunu bir sadə yolla – susuzluq hissi ilə tənzimləyir.

Bəs suya olan bu qədər həssaslıq və diqqət hansı səbəbdəndir? Əslində hər şey göründüyü kimi sadə deyil. Bəzən problemlər ondan yaranır ki, bir çoxları adi, təmiz su içməyi unudurlar. İnsanlar çay, kofe, smuzi, qazlı içkilər, kompotlar, kvas, şərab, pivə... təmiz sudan başqa hər şey içirlər. Su çatışmazlığı səbəbindən isə orqanizmdə maddələr mübadiləsi pozulur, toksinlərin bədəndən xaric olunması mümkün olmur və bədəndə susuzlaşma (dehidratasiya) əmələ gəlir.

Ani susuzlaşma küləklə müşayiət olunan güclü istilər nəticəsində bədənin isinməsi və güclü tərləmə, ishal və qusma, bədən temperaturunun yüksəlməsi və tərləmə ilə müşayiət olunan xəstəliklər səbəbindən baş verir.

Bədəndə suyun çatışmazlığ bəzən nəzərəçarpan dərəcədə olmur. İnsan bədəni bu hala öyrəşir. Ancaq çox miqdarda maye itkisinə səbəb olan amillər varsa (məsələn, isti yay günləri), o zaman huşun itirilməsi, şüurun qarışması və müalicə tələb edən başqa ağır halların baş verməsi mümkündür.

İçdiyiniz suyun yetərli miqdarda olub-olmadığını bilmək istəyirsinizmi?

O zaman özünüzü yetərincə su içib-içmədiyinizi göstərən 10 əlamət üzrə yoxlayın.

Bədəndə suyun çatışmadığını göstərən əlamətlər:

1. Ağızda quruluq. Bu, bədəninizin suya ehtiyacı olduğunun birinci və aşkar əlamətidir. Bu anda orqanizm artıq susuzlaşmanı hiss edir. Təbii ki, ağızda quruluq hissini çay, qazlı içkilər və ya paket şirələri dəf etməyə çalışmaq doğru deyil. Bu an orqanizm məhz su tələb edir.

2. Quru dəriDərimiz orqanizm daxilində baş verən bütün prosesləri güzgü kimi əks etdirir. Əgər həddindən artıq dəri quruluğundan əziyyət çəkirsinizsə, bu, böyük ehtimalla, bədəndə su çatışmazlığı ilə əlaqədardır.

3. Bəzən güclü susuzluq. Bəzən elə olur ki, nə qədər su içsəniz də, heç cür susuzluğunuz yatmır. Bu, orqanizmin susuzlaşdığı deməkdir. Bu hal artıq sadəcə ağızda quruluq deyil, orqanizmin kifayət qədər ciddi şəkildə susuzlaşmasıdır ki, bu zaman beyin aktiv SOS siqnalları göndərməyə və su tələb etməyə başlayır. Orqanizmi çox güclü surətdə alkoqol susuzlaşdırır, ona görə də içkili olan zaman durmadan su içmək ehtiyacı duyulur.

4. Gözlərdə quruluq. Əgər gözlərdə quruluq, hətta azacıq göynəmə hiss edirsinizsə, gözlərinizin ağı qanla dolubsa, o zaman təcili surətdə su içmək lazımdır. Orqanizmdə su kifayət qədər olmadıqda gözyaşı kanalları quruyur və bu da gözlərə xeyli zərər verə bilər. Bu əlamətə kontakt linzalardan istifadə edənlər daha həssas yanaşmalıdır.

5. Sidiyin miqdarının azalması və rənginin dəyişməsi (sidik tünd rəngdə olur). Hər insanın orqanizmi individualdır və hansısa normanı təyin etmək bəzən çətin olur. Ancaq sidikdə hər hansı dəyişikliklər baş verirsə, içilən suyun miqdarına fikir verin.

6. Ürək ritminin artması, güclü ürək döyüntüsü. Qan dövranı sistemində su azaldıqda qan qatılaşır, həcmi azalır və yavaş dövran etməyə başlayır. Nəticədə ürəyə düşən yük artır, qan dövranı pozulur, orqanlar lazımi qədər oksigen qəbul edə bilmir.

7. Oynaqlarda ağrı hissi. Bir çox insanlar, hətta cavanlar belə, oynaqlarında ağrı hiss edirlər. Bəzilərində bu hal qaçışdan və tullanma hərəkətlərindən sonra meydana gəlir. Orqanizmimiz ən kiçik detallara qədər proqramlaşdırılıb. Qığırdaq disklərinin 80%-i sudan təşkil olunub və bu da oynaqların bir-birinə sürtünməməsi və xüsusilə də intensiv yüklənmə zamanı bir-birindən ayrılmamasını təmin edir. Bu səbəbdən də suyun çatışmazlığı ağrılı hisslər verir.

8. Əzələ kütləsinin azalması. Qığırdaqlar və oynaqlarda olduğu kimi, əzələlər də yarıya qədər sudan ibarətdir. Təbii ki, orqanizmdə su çatışmazlığı olduqda, susuzlaşma halında nəmlilik itir və əzələ kütləsinin həcmi azalır. Bütün təlimçilər və həkimlər o qənaətə gəliblər ki, hətta məşqlər zamanı belə periodik olaraq mütləq su içilməsi zəruridir.

9. Xroniki yorğunluq və yuxululuq. Əgər orqanizmdə su çatışmırsa, o, suyu axtarmağa başlayır və xaricdən tapmadıqda onu daxildən, həmçinin də qandan götürməyə başlayır. Bu da bütün orqanlara sirayət edən oksigen çatışmazlığına gətirib çıxarır ki, bu da öz növbəsində yuxululuq və yorğunluq hissi verir. Beləliklə də günü-gündən siz özünüzü daha çox yorğun hiss edirsiniz, hətta 8 saat möhkəm yatdıqda belə yuxudan doymursunuz, çay və kofe belə artıq sizə gümrahlıq verməyə kifayət etmir, az qala ayaqüstdə yatırsınız.

10. Həzm sistemi ilə bağlı problemlər. Ağzın selikli qişasını nəmləndirmək zəruridir. Ancaq bu, bütün həzm sisteminə aiddir. Lazımi nəm olmadan mədənin selikli qişasının keyfiyyəti və sıxlığı azalır ki, bu da mədə turşusunun daxili orqanlara ziyan vurmasına şərait yaradır. Bu adətən mədə yanğısı və mədə pozğunluğu deyilən hallara gətirib çıxarır.

Orqanizmin saxlaya biləcəyi su miqdarı yaş ötdükcə azalır. Yaş artdıqca içilən suyun miqdarını artırmaq lazımdır. Halbuki vaxtından əvvəl yaşlanmanın əlamətləri xaricdən daha aydın görünür, lakin susuzluğun orqanizmə verdiyi zərər hələ uzun müddət sonra hiss olunmağa başlayır. Bununla bağlı riskləri azaltmaq üçün insanın bütün həyatı boyunca maye qəbuluna diqqət etməsi önəmlidir./sağlamolun/

868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber