Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Ötən il Azərbaycanda 105 qadın intihar edib

“Azərbaycanda olan ailələrə dəstək mərkəzlərinin əksəriyyəti sığınacaq xidmətləri və ya psixoloji-sosial yardım göstərmək, o cümlədən zorakılıq qurbanı olmuş qadınların müdafiəsi və tam bərpası üçün vacib olan bərpa tədbirlərini həyata keçirmək iqtidarında deyil”.

APA-nın xəbərinə görə, Azərbaycanda 10 günlük missiya həyata keçirən BMT-nin Qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri mövzusunda çalışan Xüsusi Məruzəçisi Raşida Mancu keçirdiyi mətbuat konfransında deyib ki, sığınacaqların yoxluğu həyəcan təbilidir və mühafizə zəncirində böyük bir əngəl törədir. Əldə edilən məlumatlara görə, Bakıda yalnız bir dövlət sığınacağı fəaliyyət göstərir: “Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2012-ci ildə qadınlara qarşı 5478, 2011-ci ildə isə 6705 cinayət hadisəsi törədilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 2011-ci ildə 87, 2012-ci ildə isə 105 qadın intihar edib, ancaq bu hadisələrlə bağlı heç bir izah verməyib. Mən, həmçinin qadınların gender mövzusu ilə əlaqədar olaraq öldürülməsinə dair verilən məlumatlardan çox narahat oldum. Qadının öldürülməsi ən kəskin zorakılıq halıdır və bu, dövlət qurumları tərəfindən zorakılığın digər hallarına qarşı mübarizə aparılmadığına görə qabaqlayıcı tədbirlərin və müdafiə mexanizmlərinin yoxluğuna işarədir. Kommersiya, cinsi istismar və məcburi əmək məqsədilə qadınların alver obyektinə çevrilməsi halları da narahatlıq doğuran məsələlərdən biri kimi qeyd olunub. Əldə edilən statistik məlumatlara görə, 2012-ci ildə qadın alveri ilə bağlı 89 hadisə aşkar edilib”.
1603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...