Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Rusiyanı şoka salan cinayətkar tutuldu

Rusiyanı şoka salan dəhşətli qətlin əsas şübhəlisi yaxalanıb.

Uşaqlarını, yoldaşı və anası olmaqla 8 nəfərin ölümündə şübhəli bilinən Oleq Belovu Vladimirski bölgəsinin Kovrov şəhərində yaxalaya biliblər.

“Rusiya istintaq komitəsi və Federal təhlükəsizlik xidmətinin birgə səyləri nəticəsində 6 uşağın qətlində şübhəli bilinən Oleq Belov saxlanılıb. Hazırda istintaq onunla məşğul olur” - deyə Rusiya istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.


Belov yaxalanarkən qarın nahiyyəsindən yara alıb

Daxili işlər nazirliyinin əməkdaşları xüsusi əməliyyatı Kovrovun Mayakovski küçəsində aparıblar. Asayiş qoruyucuları küçədə olan insanları riskə atmamaq niyyəti ilə şübhəli şəxsin üzərində sıx izləmə aparıblar. Onu getmək istədikləri nöqtədə yaxalamaq istəyiblər.

Lakin polislər izlədikləri Belovu tutmaq istədikdə şübhəli güclü müqavimət göstərməyə başlayıb və bıçaqla çevik qüvvələrin üzərinə hücum edib. Polislər cinayətkarı zərərsizləşdirmək üçün xidməti silahdan istifadə etməklə buna nail olublar. LifeNews bildirir ki, şübhəli qarın nahiyəssindən aldığı yara ucbatından tibb məntəqəsinə aparılıb./ans/
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber