Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Günün acı xəbəri: 6 ölü

Azərbaycanda müxtəlif çimərliklərdə batanların sayı çoxalıb.

Fövqəladə Hallar Nazirliyinin sayıtnın verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfər batıb. Dövlət Sularda Xilasetmə Xidmətin xilasediciləri tərəfindən batan şəxsin axtarışlarına başlanılıb.

Xəzər rayonunda isə dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı, nəzarətsiz ərazidə) 1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızının suda batması haqqında məlumat daxil olub. L.Bədəlovanın cəsədi “Nərdaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlunun suda batması haqqında məlumat daxil olub. M.Əliyevin cəsədi “Pirşağı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Sumqayıt şəhərində də 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşiv. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Eyni zamanda Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması haqqında məlumat daxil olub. E.Həmidovun və A.Tanrıverdiyevin cəsədləri “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sabunçu rayonunda isə 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Abşeron və Qaradağ rayonlarında da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bakının Qaradağ rayonunda dənizdə (nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Akın Ərbinin suda batması haqqında məlumat daxil olub. A.Ərbinin cəsədi “Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./ans/
530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15