Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

İraqda İŞİD-in 56 terrorçusu öldürülüb

İraqın müxtəlif ərazilərində həyata keçirilən əməliyyatlarda İŞİD terror təşkilatının tərəfdarı olan 56 nəfər öldürülüb. Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ramadi şəhərinin rəsmisi Əli Davud bildirib.
O cümlədən, Ənbar Universitetinin ətrafında polislərlə İŞİD tərəfdarları arasında gedən döyüşlərdə 7 terrorçu öldürülüb.
Bundan başqa, ağır silah daşıyan 3 texnika məhv edilib.
Bağdada yaxın ərazilərdə hava hücumları nəticəsində İŞİD-ə məxsus 4 avtomobil isə istifadəyə yararsız hala gətirilib.
Xatırladaq ki, İŞİD terror təşkilatı keçən ilin iyunun 10-dan Mosul və digər bəzi bölgələri ələ keçirdikdən sonra qarşıdurmalar bu günə kimi davam edir. İraq ordusu İŞİD-in ələ keçirdiyi əraziləri geri almaq üçün əməliyyatlar həyata keçirir.
607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP