Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Yəmənlilər 3 Səudiyyə hərbçisini öldürüb

Yəmən ordusunun cavab atəşi nəticəsində 3 Səudiyyə hərbçisi öldürülüb

Yəmənin Silahlı Qüvvələri Səudiyyənin raket zərbələrinə cavab olaraq, bu ölkənin Dəhran-əl-Cənub şəhərində yerləşən hərbi bazaya atəş açıb.

"İtar-tass"ın verdiyi xəbərə görə, Yəmən ordusunun endirdiyi raket zərbələri nəticəsində 3 Səudiyyə hərbçisi öldürülüb. Yəmən ordusu Səudiyyənin raket atan kompleksini cavab atəşi ilə sıradan çıxarıb. Bununla yanaşı Yəmən ordusu Səudiyyənin hərbi təcavüzünə cavab olaraq, son günlər ərzində bu ölkənin bir neçə hərbi bazasını nəzarətə alıb. Səudiyyə hərbçiləri hərbi bazaları qoyaraq qaçıblar.

Qeyd edək ki, Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya Yəmənə qarşı hərbi təcavüzünü davam etdirir. Bu hərbi təcavüzün nəticəsində minlərlə insan həlak olub və yaralanıb. Səudiyyə qırıcıları əsasən, dinc əhalinin yaşadığı əraziləri bombardman edirlər./Deyerler/
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP