Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Əhməd Davudoğlu Ermənistana səfər edəcək

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistana səfər edəcək

Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QTİƏT) sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.

Apa-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əhməd Davudoğlu Kiyevdə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində baş tutmuş mətbuat konfransında bəyan edib.

Davudoğlunun sözlərinə görə, o QTİƏT sammitinə qatılmaq qərarını baş nazir Rəcəb Tayyib Ərdoğanla məsləhətləşdikdən sonra verib.

Xatırladaq ki, dekabrın 12-də Ermənistanın paytaxtı İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Qeyd edək ki, Türkiyə və Azərbaycan XİN rəhbərləri Əhməd Davudoğlu və Elmar Məmmədyarov QTİƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin İrəvanda keçiriləcək görüşünə dəvət olunublar.
1678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi