Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Yapon baş nazirdən ABŞ-a sərt sözlər

Əgər ABŞ kəşfiyyatının Yaponiya Nazirlər Kabinetini izlədiyi sübuta yetirilsə, o zaman bizim münasibətlərimiz pozulacaq.

Bunu Yaponiya Baş naziri Sindzo Abe ABŞ vitse-prezidenti Co Baydenlə telefon danışığı zamanı söyləyib.

Abe Baydendən Vaşinqtonun bu informasiyanı tam ciddi şəkildə araşdırmasını istəyib.

Qeyd edək ki, bir müddət öncə “Vikiliks” (“Wikileaks”) saytında ABŞ kəşfiyyatının Yaponiya Nazirlər Kabinetini dinlədiyi haqqında məlumat yayılmışdı. Məlumatda Vaşinqtonun Yaponiya hökumətini 2006-cı ildən bu yana dinlədiyi bildirilmişdi.

Bunun ardınca Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa deyilənlərin həqiqət olduğu təqdirdə ABŞ-ın öz müttəfiqini təhqir etdiyini və dinləmə qalmaqalına aydınlıq gətirilməsini istəmişdi./axar/
691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı