Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

İranla “altılıq” arasında görüş Vyanada baş tutacaq

İranla “altılıq” arasında danışıqların növbəti raundu gələn həftə Vyanada baş tutacaq

İranla “altılıq” (BMT TŞ-ın 5 daimi üzvü və Almaniya) arasında danışıqların növbəti raundu gələn həftə Vyanada baş tutacaq.

Bu barədə “İTAR-TASS”a danışıqlar prosesi ilə yaxından tanış olan diplomatik mənbələrdən bildirilib. Vyanadakı görüşün ekspertlər səviyyəsində keçiriləcəyi gözlənilir. Görüşdə noyabrın sonunda Cenevrədə əldə edilmiş razılaşmaların reallaşdırılması məsələsinin müzakirə olunacağı planlaşdırılır.

Mənbənin məlumatına görə, görüşün konkret tarixi hələlik razılaşdırılmayıb. “Görüş 9-10 dekabr və ya 11-12 dekabr tarixlərində baş tuta bilər”, deyə mənbə bildirib. Bundan başqa, dekabrın 11-də İran nümayəndə heyətinin AEBA ekspertləri ilə danışıqları da planlaşdırılıb.
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42