Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

İŞİD 3 azyaşlını öldürdü - Bağdadinin şəklini yandırdıqlarına görə

İŞİD cəlladları Mosulda 3 uşağı camaatın gözü qarşısında güllələyib.

Bu xəbəri mətbuata Kürdüstan Demokrat Partiyasının Mosul üzrə yetkilisi Səid Məmuzini ötürüb. Xəbərdə bildirilir ki, güllələnmə məhkəmə qərarına əsasən həyata keçirilib. Xilafət məhkəməsinin ölüm cəzasına layiq gördüyü uşaqların 15 yaşdan kiçik olduqları bildirilir. Yeniyetmələrin yeganə günahı Əbubəkr əl-Bağdadinin şəklini yandırmaq olub. Onlar valideynlərinin öldürülməsinə etiraz əlaməti olaraq İŞİD liderinin şəklini yandırıblar.

Maraqlıdır ki, sələfi İslam anlayışında şəkil haram sayılır. Yaxın Şərqi bu anlayışla qan gölünə döndərən İŞİD-in "haram"ı yandıran yeniyetmələri xüsusi qəddarlıqla qətlə yetirməsi həqiqətən də, heyrət doğurur./strareg/
686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22