Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Azərbaycanda daha bir bank rəsmən çökdü, ödənişlər dayandı

"Bank Technique”in fəaliyyətinə növbəti məhdudiyyət tətbiq edilib.

Fins.az-a xəbər verir ki, bu həftədən etibarən bank ipoteka kreditlərinə görə ödənişləri qəbul etmir. Bankdan müştərilərə bildirilib ki, ipoteka krediti üzrə ödənişlər Azərbaycan İpoteka Fondunun (AİF) tapşırığı ilə dayandırılıb.

Bank əməkdaşları ödəniş etmək istəyən müştərilərə bir neçə gün gözləməyi tövsiyə ediblər. İpoteka Fondundan bu məhdudiyyətin tətbiq olunduğunu təsdiqləyiblər.

Fonddan isə bildirilib ki, bu addım "Bank Technique”nin fəaliyyətində problemlərin olması ilə əlaqədardır: «Yəqin ki, bankın bütün ipoteka müştəriləri başqa banklara köçürüləcək. Ona görə də müştərilərə bir neçə gün gözləməyi məsləhət görmüşük».

Fonddan bildirilib ki, yaxın bir neçə gün ərzində bankın ipoteka müştərilərinə SMS-lə məlumat veriləcək. Bu müddət ərzində ödənilməyən ipoteka ödənişləri gecikmiş sayılmayacaq.
588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı