Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Avropa Şurasının baş katibi hökumətə müraciət etdi - İlqar Məmmədovla bağlı

Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova məktubla müraciət edərək 6 saylı kolonda saxlanılan REAL Hərəkatının lideri İlqar Məmmədova təzyiq faktı ilə bağlı narahatlığını bildirib.

O, həmçinin Azərbaycan hökumətini Avropa Məhkəməsinin İ.Məmmədovun azadlığa buraxılması barədə qərarını yerinə yetirməyə çağırıb. Məlumatı REAL hərəkatı yayıb.

Ötən həftə yayılan xəbərə görə bir neçə məhbus İ.Məmmədova hücum edərək ona xəsarət yetirib. Vəkil Fuad Ağayev REAL liderinin həyatına təhlükə olduğunu bildirib. İ.Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş iğtişaşlarla əlaqədar 7 il müddətinə həbs olunub.
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
Go to TOP