Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

İtaliya baş naziri İran prezidentini Romaya dəvət etdi

İtaliyanın xarici işlər naziri Paolo Gentiloni və iqtisadi inkişaf naziri Federika Qudi İrana səfərə gəlib.

Strateq.az İRNA-ya istinadən bildirir ki, italiyalı nazirlər prezident Həsən Ruhani ilə görüşərək iqtisadi və siyasi sahələr daxil olmaqla müxtəlif istiqamətlər üzrə ikitərəlfi əlaqələrin inkişafını müzakirə ediblər.

Ruhani bildirib ki, Tehran-Roma əməkdaşlığının inkişafı yolunda heç bir maneə yoxdur. İran prezidenti Avropa Birliyi ölkələrinin, xüsusən İtaliyanın İranla əməkdaşlıq üçün böyük imkanlara malik olduğunu qeyd edib. Onun sözlərinə görə, İrana sərmayə və texnologiyanın ötürülməsi, həmçinin region bazarlarına müştərək ixracat rəsmi Tehranın Avropa ölkələri ilə iqtisadi münasibətləri genişləndirmək planında prioritetlərdir.

Ruhani həmçinin İtaliya baş nazirinin onu Romaya dəvət etdiyini və bu səfərin münasib vaxtda gerçəkləşəcəyini də bildirib.

İtaliyanın xarici işlər naziri Paolo Gentiloni isə qeyd edib ki, iki ölkə ticarət, iqtisadiyyat və beynəlxalq sahələrdə də əməkdaşlıq edə bilər.
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05</