Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Qardaş qardaşı baltaladı

Beyləqan rayonunda qətl hadisəsi baş verib. Rayonun Birinci Şahsevən kəndində qardaş qardaşı balta ilə vuraraq qətlə yetirib.

Beyləqan rayon polis şöbəsindən verilən məlumata görə, 1969-cu il təvəllüdlü Məhərrəm Oruc oğlu Quliyev qardaşı - 1975-ci il təvəllüdlü Xudat Oruc oğlu Quliyev tərəfindən baş nahiyəsindən aldığı balta zərbəsi nəticəsində dünyasını dəyişib.

Hadisəyə səbəb eyni həyətdə yaşayan iki qardaşdan kiçik olanının böyük qardaşın həyat yoldaşına və uşağına əl qaldırması olub. Belə ki, ölən Məhərrəm Quliyevin övladlarının həyətdə səs-küy salması uşaqların əmisi Xudat Quliyevə xoş gəlmiyib. O, qardaşının evinə gələrək uşaqları və qardaşının arvadını döyməyə başlayıb. Ailəsinin qardaşı tərəfindən döyüldüyünü görən mərhum M.Quliyev qardaşı X.Qulieyevlə mübahisə edib. Mübahisənin qızışdığını görən kiçik qardaş həyətdəki baltanı götürərk qardaşının boyun nahiyəsidən zərbə endirib.

M.Quliyev Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən kiçik qardaş Xudayar Qulieyev Beyləqan rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Beyləqan rayon prokururluğunda qəsdən adam öldürmə maddəsi il cinayət işi açılıb, araşdırma aparılır./ans/
418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04