Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2015

Cəlilabadlı əsgərimiz şəhid oldu

Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər Tural Nizami oğlu Nuriyev şəhid olub.

Bu barədə şəhid əsgərin qohumları məlumat veriblər. Bildiriblər ki, Tural Nuriyev əsgəri borcunu yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə yüksəlib.

Hadisə iyulun 31-də baş verib. Şəhidin dəfni isə dünən gerçəkləşib. Doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılan şəhidin dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri, Cəlilabad rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhid Tural Nuriyev Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində 7 ay idi ki, xidmət edirdi./modern/
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52