Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Bakıda döyüş sursatı aşkarlanıb

Bakıda döyüş sursatı aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, döyüş sursatı paytaxtın Yasamal rayonunda aşkarlanıb. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Əraziyə baxış keçirilərkən müəyyən olmuşdur ki, 1 ədəd 82 millimetrlik mina atan mərmi döyüş tətbiqinə tam yararlıdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı ərazidən uzaqlaşdıraraq zərərsizləşdiriblər. Əməliyyat saat 20:23-də başa çatıb.
1713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...