Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2015

Cuma Bayeva gündəlik çörək pulu, dolanışığı palçıqdan çıxır

Bu qadının Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”ndən olan kərpickəsən qoca ilə bir cavanın söhbəti əsərinin qəhərmanı ilə oxşar cəhətləri var.

59 yaşlı Cuma Bayeva Xaçmazın Çinartala kəndində yaşayır. Onun gündəlik çörək pulu, dolanışığı palçıqdan çıxır. Cuma Bayeva kərpic kəsməklə məşğul olur.

O deyir ki, əsas xammalın hazırlanmasıdır. Bu işdə su, saman və torpaqdan istifadə olunur. Çiy kərpicin xammalı hazır olduqdan sonra qalır onun kəsilməsi.

“Birinci evi özüm üçün tikmişəm. Bundan sonra alıcılar yavaş-yavaş gəlməyə başladılar. Məni də razı saldılar, mən də onlarla birlikdə kərpic kəsdim. Dedim ev tikənlərə kömək lazımdı. İş tapa bilmədiyim üçün ona görə də kərpic kəsmişəm”.

Dördkünc qəlibə palçıq doldurmaq heç də asan iş deyilmiş.

Cuma Bayeva deyir ki, gündə 150 ədəd kərpic kəsir. İndiyədək isə 50 min ədəd kərpic kəsib. Kəsdiyi çiy kərpicin bir ədədini 30 qəpiyə satdığını deyən müsahibim dolanışığından xeyli razıdır.

Cuma Bayeva kərpicdən olan tikilinin sadə görünsə belə üstünlüklərini də vurğulayır: “Çiy kərpicdən tikilən evlər qışda isti, yayda isə sərin olur”.

Fiziki güc tələb edən bu peşənin qulpundan yapışmaqla o, da zəmanəsinin qəhrəmanıdır./ans/
639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP