Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2015

Sərxoş həkim sərxoş xəstənin 8 dişini birdən çəkdi - Azərbaycanda

Qusar rayonunda sərxoş kişi ağrıyan dişini çəkdirmək üçün stomatoloq yanına gedir. Həkimə həmin dişin çəkilməsini xahiş edir. Sən demə, diş həkimi özü də sərxoş olur və həmin xəstənin 8 dişini çəkir. Sərxoş xəstə səhər ayılanda dişlərinin çıxarıldığını görüb birbaşa polisə müraciət edir. Həkim tutularaq barəsində cinayət işi başlanır.

O, Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127-ci) maddəsi ilə azadlıqdan məhrum edilir.

Qusar Rayon Polisindən faktı təsdiqləsələr də, həkimin və zərərçəkmişin adını öyrənmək mümkün olmayıb./milli.az/
712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11