Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2015

Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlər qırdı

Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlərin “mürəkkəb kiber hücumu”na məruz qalıb. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə NBC News telekanalı məlumat yayıb. Məlumata görə, iyulun 25-də törədilmiş kiber hücum barədə ABŞ hakimiyyətindən bildirilib.

Məlumata əsasən, hakerlər məxfiləşdirilməmiş elektron məktubların mübadiləsi sistemini qıraraq Pentaqonun 4 mindən çox əməkdaşının məlumat bazasına daxil olublar.

Bundan əvvəl rusiyalı hakerlərin Twitter-də yayılmış virus vasitəsilə Ağ Evin kompyuter şəbəkəsinə daxil olduğu barədə məlumat yayılıb./apa/
627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<