Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2015

Ərəbistanda hərbçilər olan məscid partladıldı: 15 ölü

Səudiyyə Ərəbistanın cənub-qərbindəki Abha şəhərində məscidlərin birində törədilən partlayış nəticəsində 12-si təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla 15 nəfər ölüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanın DİN-i məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan məsciddə partlayış ötən gün günorta saatlarında törədilib. Partlayışın üzərinə partlayıcı qurğu bərkidilmiş terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunur.

Qeyd edək ki, mayda Səudiyyə Ərəbistanında bir neçə məsciddə törədilən partlayış nəticəsində 20-dən çox adam ölüb.
612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24