Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2015

“Fransa Rusiyaya cərimə ödəməməlidir” – Fransua Olland

Fransa prezidenti Fransua Olland rəsmi Parisin “Mistral” aviadaşıyıcılarının Rusiyaya çatdırılmaması müqabilində cərimə ödəməyəcəyini bildirib.
BBC-nin verdiyi xəbərə görə, yalnız aviadaşıyıcılara və hərbçilərə təlim keçilməsi müqabilində Rusiyanın ödədiyi məbləğ geri qaytarılacaq.
Süveyş kanalının yeni qolunun açılış mərasimində iştirak edən F. Olland aviadaşıyıcılar üçün yeni alıcıların nəzərdən keçirilməyəcəyini də bildirib.
Daha əvvəl Fransanın müdafiə naziri Jan-İv le Drian bir neçə ölkənin “Mistral” aviadaşıyıcıları ilə maraqlandığını açıqlayıb.
Xatırladaq ki, Fransa Krım və Ukraynanın şərqindəki hadisələrlə əlaqədar Rusiyaya aviadaşıyıcıların göndərilməsindən imtina edib.
Artıq Rusiya və Fransa “Mistral” tipli aviadaşıyıclarla bağlı müqaviləni dayandırıb.
Fransa isə Rusiyaya ilkin ödənişi geri qaytarıb.
598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...