Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2015

WhatsApp elə yenilik etdi ki...

800 milyon aktiv istifadəçisi olan messencerin yeni versiyası (2.12.5.16) hələlik yalnız "iPhone"larda istifadəyə verilib. Yeniliklərdən biri səsli zəngin keyfiyyəti ilə bağlı olacaq.

Belə ki, zəng edərkən səs keyfiyyətini istifadəçi özü müəyyən edə biləcək. Səs keyfiyyətini aşağı salaraq kvota istifadəsini azaltmaq mümkün olacaq. WhatsApp bununla insanların internet xərclərini biraz da azaltmaq istəyir.

Digər yeni xidmətə görə, Whatsapp-da olan mesaj və fotolarınızla yanaşı artıq videolarınızı da arxivləşdirə biləcəksiniz. Xüsusi bildiriş xidməti sayəsəində artıq telefonunuzda olan şəxslərə özəl zəng səsi əlavə edə bilərsiniz. Yəni dostunuz mesaj yazdığında bir səs, ailəniz yazdığında isə başqa bir səs eşidəcəksiniz.

Söhbət keçmişinə gedərkən artıq mesajlar avtomatik olaraq yüklənəcək. Son yeniləmə 46 MB ölçüsündədir və hələlik yalnız "iPhone" istifadəçiləri yükləyə bilər.
2114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP