Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2015

Xədicə İsmayıl yenə şüşə qəfəsdə saxlandı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılın cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Ramella Allahverdiyeva bildirib ki, iş üzrə zərərçəkmiş Tural Mustafayev prosesə gəlməyib. O, telefon zənglərinə də cavab vermir. Buna görə zərərçəkmişin məcburi şəkildə prosesə gətirilməsi barədə qərar qəbul edilib.
Xədicə İsmayıl cinayət işinin materialları ilə tanış olmasının təmin edilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub, bildirilib ki, cinayət işinin surəti ona təqdim ediləcək.
Sonra vəkillər vəsatətlərlə çıxış ediblər. Vəsatətlər Tural Mustafayevin iştirakı olmadan prosesə başlanmaması, Xədicə İsmayılın məhkəmə zalında şüşə kabinədən çıxarılaraq, vəkillərin yanında oturması və s. ilə bağlı olub.
Vəsatətlər təmin olunmayıb. Hakim bildirib ki, Xədicə İsmayılın şüşə kabinədən çıxarılmaması onun öz təhlükəsizliyi ilə bağlıdır.
Sonra prokuror Ramazan Hadıyev ittiham aktını elan edib. İttiham aktına əsasən, Xədicə İsmayıl qanunsuz sahibkarlıqla məşğul olub, külli miqdarda vergidən yayınıb. Həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Xədicə İsmayıl isə ittihamlarla razılaşmayıb, “AzadlıqRadiosu"nda ancaq efirə gedən materiallara görə məsuliyyət daşıdığını, vergi məsələləri ilə məşğul olmadığını deyib.
Bundan sonra o, dövlət ittihamçısının suallarını cavablandırıb.
Proses nahar fasiləsindən sonra davam etdiriləcək.
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:30