Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

“Qiymətləri indiki səviyyədə saxlamaq mümkün olmayacaq”

Samir Əliyev: “Gələn ilin əvvəlinə biz digər sahələrdə də artım görəcəyik”

Dekabrın 3-də “Azəriqaz” İstehsalat Birliyi “Azərienerji” ASC-yə satdığı qazın qiymətini qaldırdı.

Qiymət 42 manatdan 80 manata yüksəldi. İqtisadçı-ekspert Samir Əliyev qiymət artımının uzun müddət müzakirə olunduğunu, Tarif Şurasının isə bu xəbəri təkzib etdiyini deyir: "Tarif Şurasının təkziblərinə baxmayaraq, biz benzinin qiymətinin qalxmasının şahidi olduq. Bunlar hamısı labüddür. Artımlar baş verəcək. “Azəriqaz” “Azərienerji”yə verdiyi yanacağın qiymətini artırıb. Bu gün qazın qiyməti qalxırsa, qısa bir müddətə işığın qiyməti də qalxacaq. İşığın qiyməti qalxan zamansa metro nəqliyyatının qiymətini qaldıracaq. Hamısı bir-birindən asılı olduğuna görə, artıq bu proses zəncirvari olaraq baş verəcək".

Ekspertin sözlərinə görə, qiymət artımının qarşısı ancaq qısa müddətə alınıb, indiki səviyyədə saxlanıla bilər: "Ola bilər ki, qısa müddətə qiymət artımının qarşısı alınsın. Ancaq artım labüddür və bunu uzun müddət saxlamaq mümkün olmayacaq. Gələn ilin əvvəlinə biz digər sahələrdə də artım görəcəyik. Hökumətin siyasətini məntiqlə izah etmək çox çətindir. Amma hər bir halda qiymət artımı gözləniləndir".
Qeyd edək ki, dekabrın 2-də Tarif Şurası növbəti iclasını keçirib. İclasda rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb. Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib./bizimyol/
1899 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın