Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2015

İŞİD 35 ailənin qətliam edəcək

Nur-az.com shia-news.com-a istinadən:
İraqın Kərkük vilayətindən əldə edilən məlumata görə, İŞİD-in terrorist ünsürləri əl-Huveycənin əhalisindən 35 ailəni əsir götürərək hamısını edam etmək fikrindədir. Əsir düşənlərin Kərküklə Tikrit arası dağlıq zonaya aparıldığı xəbər verilir. Onlar İŞİD-ə qoşulmaqdan imtina etdiklərinə görə, bu cəzaya məhkum olunublar. Son vaxtlar Huveycənin sakinlərindən 21 nəfəri güllə ilə edam edilib və onların cəsədləri vahimə və ibrət məqsədi ilə şəhər daxili elektrik dirəklərindən asılıb. Qeyd edək ki, Huveycə terroristlər tərəfindən işğal edilən gündən indiyədək günahsız əhali əleyhinə törədilən ən ağır cinayət və qəddarlıqların şahidi olub.
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber